Bu ilin ilk 7 ayında Azərbaycandan 100,2 milyon dollar həcmində 338 min 680 ton azot gübrəsi (karbamid) ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, azot gübrəsi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 38,1 milyon dollar və ya 61,3%, miqdar ifadəsilə isə 30 min 756 ton, başqa sözlə 10% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 62,1 milyon dollar dəyərində 307 min 924 ton azot gübrəsi ixrac olunmuşdu.
Bu ilin ilk 7 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi azot gübrəsinin 1 kiloqramının orta ixrac qiyməti 50 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 34 qəpik idi. Bu da illik müqayisədə 16 qəpik və ya 47,1% bahalaşma deməkdir.
Bu il 7 ayında ümumi ixracın 0,66%-i, qeyri-neft sektoru üzrə ixracın isə 4,80%-i azot gübrəsinin payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,39% olub.