Bu ilin ilk 7 ayında Azərbaycandan 88,5 milyon dollar həcmində 79 min 293 ton polietilen ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, polietilen ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 13,8 milyon dollar və ya 18,5%, miqdar ifadəsilə isə 10 min 719 ton, başqa sözlə 15,7% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 74,7 milyon dollar dəyərində 68 min 574 ton polietilen ixrac olunmuşdu.
Bu ilin ilk 7 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi polietilenin 1 kiloqramının orta ixrac qiyməti 1 manat 90 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 85 qəpik idi. Bu da illik müqayisədə 5 qəpik və ya 2,7% bahalaşma deməkdir.
Bu il 7 ayında ümumi ixracın 0,58%-i, qeyri-neft sektoru üzrə ixracın isə 4,24%-i polietilenin payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,46% olub.