Bu ilin ilk 2 ayında Azərbaycandan 42 milyon 48 min dollar dəyərində 12 min 916 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, alüminium ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 11 milyon 451 min dollar (37,4%) artıb.
Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayında Azərbaycandan 30 milyon 597 min dollar dəyərində 10 min 419 ton alüminium ixrac olunmuşdu.
Alüminiumun 1 kiloqramının orta ixrac qiyməti hesabat dövründə 3,26 dollar (5,54 manat) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu qiymət 2,94 dollar (5 manat) idi. Bu da illik müqayisədə 0,32 dollar (0,54 manat) və ya 10,9% bahalaşma deməkdir.
Bu il ilk 2 ayda ümumi ixracın 1,15%-i, qeyri-neft sektoru üzrə ixracın isə 7,24%-i alüminiumun payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstəricilər müvafiq olaraq 0,64% və 6,31% olmuşdu.











