Yanvar-oktyabr aylarında 20 milyon 301,38 milyon dollar dəyərində 17 min 578,16 ton nar ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 8 milyon 762,97 min dollar (75,9), dəyər ifadəsi ilə 9 min 099,35 ton (2,1) dəfə artıb.
Keçən ilin yanvar-oktyabr aylarında xaricə 11 milyon 538,41 min ABŞ dolları dəyərində 8 min 478,81 ton nar ixracı edilmişdi.
Beləliklə bir ton narın ixrac qiyməti bu il 1 155 dollar, ötən ilin müvafiq dövründə 1 361 dollar təşkil edib. Bu göstərici son bir ildə 206 dollar, başqa sözlə 15,1% azalıb.