2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarətdə tərəfdar olduğu ölkələrin sayı 200 nəfərə çatıb. Ötən il isə bu say 184 idi.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə xarici ticarət iştirakçılarının sayı 67 515 nəfər təşkil edib. Onlardan 57 264 nəfəri fiziki, 10 261 nəfəri isə hüquqi şəxslərdir.
Ötən ilin müvafiq dövründə 53 min 083 nəfər idi. Onun da 43 min 917 nəfəri fiziki, 9 min 166 nəfəri hüquqi şəxslər olub.
Xarici fəaliyyət iştirakçısı qismində hüquqi şəxslərin 278-i dövlət, 9 min 973 nəfəri isə özəl sektorun nümayəndələri olub.
Qeyd edək ki, hesabar dövründə idxal əməliyyatlarının həcmi 15 milyard 812,6 milyon ABŞ dolları, idxal olunan malların çeşidlərinin sayı 7 616 ədəd olub. İxrac əməliyyatlarının həcmi isə - 31 milyard 512,9 milyon ABŞ dolları, ixrac olunan malların çeşidlərinin sayı - 3 383 ədəd təşkil edib.
2022-ci ilin 11 ayı ərzində isə idxal əməliyyatlarının həcmi 12 milyard 881 milyon 466 min ABŞ dolları, idxal olunmuş mal çeşidlərinin sayı 7 728 ədəd olub.
İxrac əməliyyatlarının həcmi isə 36 milyard 335 milyon 549 min ABŞ dolları, ixrac olunan malların çeşidlərinin sayı 3 649 ədəd təşkil edib.