2023-cü ilin ilk 11 ayı ərzində (yanvar-noyabr) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 47 milyard 325 milyon ABŞ dolları təşkil eib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac əməliyyatları üzrə 31 milyard 513 milyon ABŞ dolları, idxal əməliyyatları üzrə 15 milyard 813 milyon dolları ticarət qeydə alınıb.
İxrac idxalı üstələdiyindən saldo müsbət 15 milyard 700 milyon 310 min ABŞ dolları olub.