2023-cü ilin sonunda Azərbaycanın xarici ticarət əlaqələri olan ölkələrin sayı 193-ə çatıb.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2022-ci ilin sonunda bu göstərici 185 idi.
Xarici ticarət iştirakçılarının sayı 71 767 təşkil edib ki, onun da 61 161-i fiziki, 10 606-sı hüquqi şəxslərin payına düşüb.
Hüquqi şəxslərin 206-sı dövlət, 10 min 320-si özəl sektorun payına düşüb.