2023-cü ilin ilk 11 ayı ərzində (yanvar-noyabr) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 47 milyard 325 milyon ABŞ dolları təşkil eib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsi 1 milyard 892 milyon manat və ya 3,8% azalıb.
İxrac əməliyyatları üzrə 31 milyard 513 milyon ABŞ dolları, idxal əməliyyatları üzrə 15 milyard 813 milyon dolları ticarət qeydə alınıb.
İxrac əməliyyatları 4 milyard 882 milyon dollar yəni 13,3% azalıb, idxac əməliyyatları isə 2 milyard 932 milyon dollar və ya 22,8% artıb.
İxrac idxalı üstələdiyindən saldo müsbət 15 milyard 700 milyon 310 min ABŞ dolları olub. Lakin saldonun həcmi də əvvəlki illə müqayisədə 7 milyard 754 milyon dollar 33,1% azalıb