2024-cü il ərzində Azərbaycanda gömrük xətti ilə büdcə daxilolmaları əvvəlki illə müqayisədə 4.9% artaraq 6 milyard 648 milyon 703 min manata çatıb.
Qazaxıstan Azərbaycandan qeyri-neft məhsulları idxalını 30% artırıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi bildirir.
Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 790,749 milyon manat (əvvəlki illə müqayisədə 10% çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 4 milyard 609,130 milyon manat (3.7% çox), aksizlər üzrə daxilolmalar 204,373 milyon manat (8.9% az), yol vergisi üzrə daxilolmalar isə 44,449 milyon manat (3.8% çox) təşkil edib.