Yanvar-dekabr aylarında 57 milyon 246 min dollar dəyərində 91 min 229 ton alma ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 5 milyon 237 min dollar (10,1%), miqdar ifadəsi ilə 8 min 331 ton (10,9%) artıb.
Keçən ilin yanvar-dekabr aylarında xaricə 52 milyon 8 min ABŞ dolları dəyərində 82 min 898 ton alma ixrac edilmişdi.
Beləliklə bir ton almanın ixrac qiyməti 2023-cü ildə 627 dollar, ötən ilin müvafiq dövründə 632 dollar təşkil edib. Bu göstərici son bir ildə 5 dollar, başqa sözlə 0,7% artıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında almanın ümumi ixracda xüsusi çəkisi 0.17%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1.71%-ə bərabər olub.
2022-ci ilin yanvar-dekabr aylarında almanın ümumi ixracda xüsusi çəkisi 0.14%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1.71%-ə bərabər olub.