2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycana 92 milyon 416 min dollar dəyərində 16 min 597 ton kərə yağı idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 15 milyon 765 min dollar yəni 14,6%, miqdar ifadəsi ilə təxminən 1 966 ton ( 10,6%) azalıb.
Ötən ilin müvafiq dövründə 108 milyon 182 min dollar məbləğində 18 min 563 ton kərə yağı gətirilib.
1 ton kərə yağının idxal qiyməti bu il 5 568 dollar, ötən il isə 5 828 dollar təşkil edib. Qiymətlərdə 259 dollar və ya 4,5% ucuzlaşma qeydə alınıb.
Bu da o deməkdir ki, 1 kq kərə yağının idxal qiyməti 2023-cü ildə 9,47 manat, 2022-ci ildə 9,91 manat olub.
Qeyd edək ki, hesabat dövründə idxal edilən kərə yağının dəyəri Azərbaycanın ümumi idxalının 0,53%-ni təşkil edib. Ötənilin müvafiq dövründə kərə yağının idxalı Azərbaycanın ümumi idxalının 0,74%-nə bərabər olub.