2023-cü ilin yanvar-drkabr aylarında Azərbaycandan xaricə 13 milyard 678 milyon ABŞ dolları dəyərində 26 milyard 623 milyon m3 təbii qaz ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatna istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə təbii qaz ixracı dəyər ifadəsi ilə 1 milyard 311 milyon dollar (8,7%) azalıb, miqdar ifadəsi ilə 7 milyard 658 milyon m3 (40,4%) artıb.
2022-ci ilin yanvar-dekabr aylarında xaricə qaz ixarcı 14 milyard 989 milyon dollar dəyərində 18 milyard 965 milyon m3 təşkil edib.
Hər min kub metrə çəkilən xərc hesabat dövründə 514 dollar, keçən ilin müvafiq dövründə 790 dollar olub. Beləliklə xaricə satılan qazın satış qiyməti son bir ildə 277 dollar və ya 35% azalıb.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 40,35%-i qaz ixracının payına düşüb.
2022-ci ilin yanvar-dekabr aylarında isə bu göstərici 39,29% təşkil edib.