2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrə 5 milyon 186,5 min ABŞ dolları dəyərində 12 min 210 ton qarpız ixrac edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 313 min dollar və ya 20,2%, miqdar baxımından isə 1 min 846 ton və ya 13,1% azdır.
2022-ci ilin yanvar-oktyabr aylarında 6 milyon 500 min dollar dəyərində 14 min 56 ton qarpız ixrac edilib.
1 ton qarpızın qiyməti bu il 425 dollar, ötən il isə 462 dollar olub. Beləliklə, ixrac qiyməti son bir il ərzində 38 dollar (8,1%) ucuzlaşıb.