2023-cü ilin yanvar-oktybar aylarında Azərbaycan xarici ölkələrə 5 milyon 403 min ABŞ dolları dəyərində 8 min 394 ton armud ixrac edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2 milyon 854 min dollar və ya 2,1 dəfə, həcm baxımından isə 4 min 624 ton və ya 2,2 dəfə çoxdur.
2022-ci ilin yanvar-oktyabr aylarında 2 milyon 549 min dollar dəyərində 3 min 770 ton armud ixrac edilib.
1 ton məhsulun ixrac qiyməti bu il 644 dollar, ötən il isə 676 dollar olub. Beləliklə, ixrac qiyməti son bir il ərzində 32 dollar (4,8%) ucuzlaşıb.