Ötən ilin yanvar-dekabr aylarında 123 milyon 136 min dollar dəyərində 23 min 397 ton meşə fındığı ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 12 milyon 493 min dollar (11,3%), miqdar ifadəsi ilə 1 532 ton (7%) artıb.
Keçən ilin yanvar-dekabr aylarında xaricə 110 milyon 643 min ABŞ dolları dəyərində 21 min 865 ton meşə fındığı ixrac edilmişdi.
Beləliklə bir ton meşə fındığının ixrac qiyməti bu il 5 263 dollar, ötən ilin müvafiq dövründə 5 060 dollar təşkil edib. Bu göstərici son bir ildə 203 dollar, başqa sözlə 4% bahalaşıb.
Qeyd edək ki, 2023-cü ilin ilin yanvar-dekabr aylarında meşə fındığının ümumi ixracda xüsusi çəkisi 0.36%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 3,68%-ə bərabər olub.
Əvvəlki ilin yanvar-dekabr aylarında meşə fındığının ümumi ixracda xüsusi çəkisi 0.29%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 3,63%-ə bərabər olub.