Yanvar-oktyabr aylarında 96 milyon 985,18 min dollar dəyərində 19 min 28,98 ton meşə fındığı ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 13 milyon 743,75 min dollar (16,5%), miqdar ifadəsi ilə 3 min 306,24 ton (21%) artıb.
Keçən ilin yanvar-oktyabr aylarında xaricə 83 milyon 241,43 min ABŞ dolları dəyərində 15 min 722,74 ton meşə fındığı ixrac edilmişdi.
Beləliklə bir ton meşə fındığının ixrac qiyməti bu il 5 294 dollar, ötən ilin müvafiq dövründə 5 097 dollar təşkil edib. Bu göstərici son bir ildə 198 dollar, başqa sözlə 3,7% azalıb.
Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında meşə fındığının ümumi ixracda xüsusi çəkisi 0.33%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 3.49%-ə bərabər olub.
Keçən ilin yanvar-oktyabr aylarında meşə fındığının ümumi ixracda xüsusi çəkisi 0.24%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 3.49%-ə bərabər olub.