Yanvar-oktyabr aylarında 31 milyon 15,95 min dollar dəyərində 71 min 071,17 ton kartof ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 4 milyon 69,8 min dollar (11,6%), miqdar ifadəsi ilə 7 198,35 ton (9,2%) azalıb.
Keçən ilin yanvar-oktyabr aylarında xaricə 35 milyon 85,75 min ABŞ dolları dəyərində 78 min 215,52 ton kartof ixrac edilmişdi.
Beləliklə bir ton kartofun ixrac qiyməti bu il 437 dollar, ötən ilin müvafiq dövründə 449 dollar təşkil edib. Bu göstərici son bir ildə 12 dollar, başqa sözlə 2,6% azalıb.
Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında kartofun ümumi ixracda xüsusi çəkisi 0.11%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1.14%-ə bərabər olub.
Keçən ilin yanvar-oktyabr aylarında kartof ümumi ixracda xüsusi çəkisi 0.10%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1.47%-ə bərabər olub.