2023-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 3 milyon 476 min dollar dəyərində 7 min 778 ton kartof ixrac olunub.
FED.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycandan 2 milyon 105 min dollar dəyərində 4 min 552 ton kartof ixrac olunmuşdu. Beləliklə, kartof ixracı dəyər ifadəsilə 1,6 dəfə (65,1%), miqdar ifadəsilə 1,7 dəfə (70,9%) artıb.
Bir ton kartofun orta ixrac qiyməti 2022-ci ilin 4 ayında 462 dollar ikən, 2023-cü ilin 4 ayında 447 dollar olub.