2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrə 5 milyon 626 min ABŞ dolları dəyərində 8 min 765 ton armud ixrac edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3 milyon 13 min dollar və ya 2,2 dəfə, həcm baxımından isə 4 min 863 ton və ya 2,2 dəfə çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında 2 milyon 549 min dollar dəyərində 3 min 903 ton armud ixrac edilib.
1 ton armudun ixrac qiyməti bu il 642 dollar, ötən il isə 670 dollar olub. Beləliklə, ixrac qiyməti son bir il ərzində 28 dollar (4,1%) ucuzlaşıb.
Bu da o deməkdir ki, bir kq armudun ixrac qiyməti 2023cü ilin 11 ayında 1,09 manat, 2022-ci ildə 1,13 manat təşkil edib.