Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən pomidor alışını 533 dəfə artırıb.
FED.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 10 ayda Azərbaycan Türkiyədən 66,44 min ABŞ dolları dəyərində 117,36 ton pomidor idxal edib.
2022-ci ilin müvafiq dövrünə nisbətən idxalın dəyəri 230 dəfə, artıb.
Ötən ilin müvafiq dövründə Azərbaycan Türkiyədən 0,28 min dollar dəyərində 0,22 ton pomidor almışdı.