2023-cü ildə Azərbaycan xarici ölkələrdən 2 milyon 35 min ABŞ dolları dəyərində 1 006 ton şabalıd idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 930,1 min dollar və ya 31,4%, miqdar baxımından isə 301 ton və ya 23% azdır.
2022-ci ildə 2 milyon 965 min dollar dəyərində 1 307 ton şabalıd idxal edilib.
1 ton şabalıdın idxal qiyməti 2023-cü ildə 2 023 dollar, 2022-ci ildə 2 259 dollar təşkil edib. Qiymətlərdə son bir ildə 246 dollar (10,8%) azalma baş verib.
Ümumilikdə isə 1 kq şabalıdın idxalı 2023-cü ildə 3,44 manata , 2022-ci ilin eyni dövründə 3,86 manata başa gəlib.