2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrdən 60 milyon 683 min ABŞ dolları dəyərində 12 min 326 ton qara çay idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3 milyon 914 min dollar və ya 5,8%, həcm baxımından isə 634 ton və ya 4,9% azdır.
2022-ci ilin yanvar-noyabr aylarında 67 milyon 518 min dollar dəyərində 12 min 959 ton qara çay idxal edilib.
1 ton qara çayın idxal qiyməti 2023-cü ilin 11 ayı ərzində 5 160 dollar, 2022-ci ilin eyni dövründə 5 210 dollar təşkil edib. Qiymətlərdə son bir ildə 50 dollar (1%) ucuzlaşma baş verib.
Ümumilikdə isə 1 kq qara çayın idxalı 2023-cü ilin yanvar-noyabr aylarında 8,77 manat və 2022-ci ilin yanvar-noyabr aylarında 8,86 manata başa gəlib.