2024-cü ilin yanvar ayında Azərbaycan xaricdən 4 milyon 730 min ABŞ dolları dəyərində 19 min 827 ədəd paltaryuyan maşını idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-ci il ilin ilk ayı ilə müqayisədə dəyər ifadəsində 1 milyon 868 min dollar və ya 65,3%, həcm baxımından 5 min 625 ədəd və ya 39,9% çoxdur.
İdxal edilmiş paltaryuyanların çeşidləri isə aşağıdakı kimidir:
Paltaryuyan nmaşınlar |
Sayı |
Dəyəri (min dollar) |
1 ədəd paltaryuyanın qiyməti (dollar) |
1 ədəd paltaryuyanın qiyməti (manat) |
Tutumu 10 kq quru paltardan çox olmayan, tam avtomatik paltaryuyan maşınlar |
18 761 |
4 438 610 |
237 |
402 |
Tutumu 10 kq quru paltardan çox olmayan paltaryuyan maşınlar, mərkəzdənqaçma sıxma qurğuları ilə təchiz olunmuş |
122 |
14030 |
115 |
196 |
Tutumu 10 kq quru paltardan çox olmayan digər paltaryuyan maşınlar |
515 |
50430 |
98 |
166 |
Tutumu 10 kq quru paltardan çox olan paltaryuyan maşınlar |
429 |
227010 |
529 |
900 |
2023-ci ilin yanvar ayında xaricdən 2 milyon 862 min dollar dəyərində 14 min 171 ədəd paltaryuyan maşını idxal edilib.
1 ədəd paltaryuyan maşının idxal qiyməti 2024-cü ilin ilk ayında 239 dollar (406 manat), 2023-ci ilin eyni dövründə 202 dollar (343 manat) təşkil edib. Qiymətlərdə son bir ildə 37 dollar, yəni 62 manat (18,1%) bahlaşma baş verib.