2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrdən 4 milyon 600 min ABŞ dolları dəyərində 6 min 455 ton mandarin idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 844 min dollar və ya 15,5%, həcm baxımından isə 1 222 ton və ya 15,9% azdır.
2022-ci ilin yanvar-noyabr aylarında 5 milyon 444 min dollar dəyərində 7 min 677 ton narıngi idxal edilib.
1 ton mandarinin idxal qiyməti 2023-cü ilin 11 ayı ərzində 713 dollar, 2022-ci ilin eyni dövründə 709 dollar təşkil edib. Qiymətlərdə son bir ildə 4 dollar (0,5%) ucuzlaşma baş verib.
Ümumilikdə isə 1 kq mandarin idxalı 2023-cü ilin yanvar-noyabr aylarında 1,21 manat və 2022-ci ilin yanvar-noyabr aylarında 1,20 manata başa gəlib.