2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 69 milyon 278 min dollar dəyərində 130 min 61 ton gübrə idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 12 milyon 578 min dollar yəni 15,4% ucuzlaşıb, miqdar ifadəsi ilə təxminən 32 min 740 ton ( 33,6%) artıb.
Ötən ilin müvafiq dövründə 81 milyon 355 min dollar məbləğində 97 min 324 ton gübrə gətirilib.
1 ton gübrənin idxal qiyməti bu il 533 dollar, ötən il isə 841 dollar təşkil edib. Qiymətlərdə 308 dollar və ya 36,7% ucuzlaşma qeydə alınıb.
Qeyd edək ki, hesabat dövründə gətirilmiş gübrə Azərbaycanın ümumi idxalının 0,44%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə gübrə idxalı Azərbaycanın ümumi idxalının 0,64%-ni təşkil etmişdi.