Bu ilin yanvar ayında Azərbaycan xaricdən 335 min 760 dollar dəyərində 473 ton kivi idxal edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, idxal göstəriciləri məbləğ ifadəsində 101 min 430 dollar, yəni 23,2%, miqdar ifadəsi ilə təqribən 134 ton (22,1%) azdır.
Ötən ilin eyni dövründə ölkəyə 437 min 190 dollarlıq 607 ton kivi gətirilib.
Bu da o deməkdir ki, 1 ton kivinin orta idxal qiyməti təxminən 709 dollar, 1 kiloqram kivinin idxal qiyməti 71 sent, yəni təqribən 1,21 manat təşkil edib. 2022-ci ildə də bu göstərici 1 ton üçün 720 dollar, 1 kq üçün isə 1,22 manat olub.