2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xaricdən 6 milyon 864 min dollar dəyərində 54 ədəd avtokran idxal edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, idxal göstəriciləri məbləğ ifadəsində 1 milyon 157 min manat, yəni 14,4%, miqdar ifadəsi ilə dəyişməyib.
Ötən ilin eyni dövründə ölkəyə 8 milyon 21 min dollarlıq 54 ədəd avtokran gətirilib.
Bu da o deməkdir ki, 1 ədəd avtokranların idxal qiyməti təxminən 127 121 dollar (216 107 manat), ötən ilin eyni dövründə 148 543 dollara (252 254 manat) başa gəlib. Avtokranın idxal qiyməti son bir ildə 21 422 dollar (36 417 manat), başqa sözlə 14,4% azalıb.