2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycan xaricdən 3 milyon 857 min dollar dəyərində 22 min 390 ədəd kassa aparatları idxal edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, idxal göstəriciləri məbləğ ifadəsində 6 milyon 485 min manat, yəni 2,6 dəfə, miqdar ifadəsi ilə 31 min 505 ədəd (2,4 dədə) azdır.
Ötən ilin eyni dövründə ölkəyə 10 milyon 342 min dollarlıq 53 min 895 ədəd kassa aparatı gətirilib.
Bu da o deməkdir ki, 1 ədəd kassa aparatının idxal qiyməti təxminən 172 dollar (293 manat), ötən ilin eyni dövründə 192 dollara (326 manat) başa gəlib. Kassa aparatının idxal qiyməti son bir ildə 20 dollar (33 manat), başqa sözlə 10,2% azalıb.