Yanvar-noyabr aylarında 140 milyon 469 min dollar dəyərində 124 min 302 ton pomidor ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 10 milyon 367 min dollar (6,9%), miqdar ifadəsi ilə 3 145 ton (2,5%) azalıb.
Keçən ilin yanvar-noyabr aylarında xaricə 150 milyon 836 min ABŞ dolları dəyərində 127 min 447 ton pomidor ixrac edilmişdi.
Beləliklə bir ton pomidorun ixrac qiyməti bu il 1 130 dollar, ötən ilin müvafiq dövründə 1 184 dollar təşkil edib. Bu göstərici son bir ildə 53 dollar, başqa sözlə 4,5% azalıb.
Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında pomidorun ümumi ixracda xüsusi çəkisi 0.43%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 4,63%-ə bərabər olub.
Keçən ilin yanvar-noyabr aylarında pomidorun ümumi ixracda xüsusi çəkisi 0.42%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 5,61%-ə bərabər olub.