2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 12 milyard 776 milyon ABŞ dolları dəyərində 24 milyard 380 milyon m3 təbii qaz ixrac edilib.
FED.az bu barədə Gömrük Komitəsinin hesabatna istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə təbii qaz ixracı dəyər ifadəsi ilə 2 milyard 32 milyon dollar (13,7%) azalıb, miqdar ifadəsi ilə 5 milyard 732 milyon m3 (30,7%) artıb.
2022-ci ilin yanvar-noyabr aylarında xaricə qaz ixarcı 14 milyard 807 milyon dollar dəyərində 18 milyard 647 milyon m3 təşkil edib.
Hər min kub metrə çəkilən xərc hesabat dövründə 524 dollar, keçən ilin müvafiq dövründə 794 dollar olub. Beləliklə xaricə satılan qazın satış qiyməti son bir ildə 270 dollar və ya 34% azalıb.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 40,54%-i qaz ixracının payına düşüb.
2022-ci ilin yanvar-noyabr aylarında isə bu göstərici 40,75% təşkil edib.