Yanvar-sentyabr aylarında 124 milyon 294,8 min dollar dəyərində 112 min 71,52 ton pomidor ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 9 milyon 984,53 min dollar (7,4%), miqdar ifadəsi ilə 282,64 ton (0,3%) azalıb.
Keçən ilin yanvar-sentyabr aylarında xaricə 134 milyon 279,33 min ABŞ dolları dəyərində 112 min 354,16 ton pomidor ixrac edilmişdi.
Beləliklə bir ton pomidorun ixrac qiyməti bu il 1109 dollar, ötən ilin müvafiq dövründə 1195 dollar təşkil edib. Bu göstərici son bir ildə 86 dollar, başqa sözlə 7,2% azalıb.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında pomidorun ümumi ixracda xüsusi çəkisi 0.47%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 5.11%-ə bərabər olub.
Keçən ilin yanvar-sentyabr aylarında pomidorun ümumi ixracda xüsusi çəkisi 0.45%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 6,34%-ə bərabər olub.