Yanvar-sentyabr aylarında 47 milyon 309,27 min dollar dəyərində 462 min 613,56 ton meyvə-tərəvəz ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 31 milyon 239,16 min dollar (7,1%), miqdar ifadəsi ilə 48 min 836,88 ton (11,8%) artıb.
Keçən ilin yanvar-sentyabr aylarında xaricə 439 milyon 70,11 min ABŞ dolları dəyərində 413 min 776,68 ton meyvə-tərəvəz ixracı edilmişdi.
Beləliklə bir ton meyvə-tərəvəzin ixrac qiyməti bu il 1 017 dollar, ötən ilin müvafiq dövründə 1061 dollar təşkil edib. Bu göstərici son bir ildə 44 dollar, başqa sözlə 4,2% azalıb.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 1.78%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 19.32%-ə bərabər olub.
Keçən ilin yanvar-sentyabr aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 1.49%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 20,74%-ə bərabər olub.