Bu ilin ilk 2 ayında Azərbaycandan 17 milyon 717 min dollar dəyərində 18 min 607 ton ilkin formalı polietilen ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, polietilen ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyon 93 min dollar (6,6%), miqdar ifadəsilə isə 4 min 385 ton (30,8%) çoxdur.
Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayında Azərbaycandan 16 milyon 624 min dollar dəyərində 14 min 222 ton polietilen ixrac olunmuşdu.
Polietilenin 1 kiloqramının orta ixrac qiyməti bu il 0,95 dollar (1,62 manat) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu qiymət 1,17 dollar (1,99 manat) idi. Bu da illik müqayisədə 0,22 dollar (0,37 manat) və ya 18,8% ucuzlaşma deməkdir.
Bu ilin ilk 2 ayında ümumi ixracın 0,48%-i, qeyri-neft sektoru üzrə ixracın isə 3,05%-i polietilenin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstəricilər müvafiq olaraq 0,35% və 3,43% idi.











