2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Özbəkistandan 4 milyon 974 min dollar dəyərində 2 085 ton üzüm qurusu idxal edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
İdxal göstəriciləri məbləğ ifadəsində 1 miyon 472 min dollar, yəni 22,8%, miqdar ifadəsi ilə təqribən 936 ton (31%) azdır.
Əvvəlki ilin eyni dövründə ölkəyə 6 milyon 446 min dollarlıq 3 020 ton kişmiş gətirilib.
Bu da o deməkdir ki, Özbəkistandan 1 ton kişmişin idxal qiyməti təxminən 2 386 dollar (4 056 manat) təşkil edib. Ötən ilin eyni dövründə isə bu göstərici 2 134 dollara (3628 manata) başa gəlib. Satış qiyməti son bir ildə 252 dollar, yəni 11,8% ucuzlaşıb.
Hesabat dövründə 1 kq üzüm qurusunun idxalı 2023-cü ilin 11 ayında 4,06 və 2022-ci ilin 11 ayında 3,63 manata başa gəlib.