2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Belarusdan 10 milyon 821 min dollar dəyərində 34 678 ton kartof idxal edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
İdxal göstəriciləri məbləğ ifadəsində 9 miyon 788 min dollar, yəni 10,5 dəfə, miqdar ifadəsi ilə təqribən 31 378 ton (10,5 dəfə) çoxdur.
Əvvəlki ilin eyni dövründə ölkəyə 1 milyon 33 min dollarlıq 3 300 ton kartof gətirilib.
Bu da o deməkdir ki, Belarusdan 1 ton kartofun idxal qiyməti təxminən 312 dollar (530 manat) təşkil edib. Ötən ilin eyni dövründə isə bu göstərici 313 dollara (532 manata) başa gəlib. Satış qiyməti son bir ildə 1 dollar, yəni 0,3% ucuzlaşıb.
Hesabat dövründə 1 kq kartfoun idaxalı 2023-cü il və 2022-ci ilin 11 ayında 0,53 manata başa gəlib.