Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 17,2 milyard dollar təşkil edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Ticarət dövriyyəsinin 17,4 milyard dolları ixracın, 294 milyon 103 min dolları isə idxal əməliyyatlarının payına düşüb.
İllik müqayisədə ticarət dövriyyəsi 3,1 milyard, yəni 21,4%, ixrac dövriyyəsi 3,2 milyard dollar artıb, lakin idxal dövriyyəsi 125,7 min dollar (29,9%) azalıb.
Ötən ilin eyni dövründə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 14,6 milyard dollar təşkil edib. Bunun da 14,2 milyardı ixracın, 419,8 min dollar isə idxalın payına düşüb.