Bu ilin 11 ayı ərzində Azərbaycan İtaliyaya 6 milyard 659 milyon dollar dəyərində 10 milyon 444 min tondan çox neft ifrac edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Bu ölkəyə neft ixracı, dəyər ifadəsi ilə 206 milyon 68 min dollar (3,2%), miqdar ifadəsi ilə 1 milyon 814 min ton (21,2%) artıb.
Ötən ilin 11 ayında Azərbaycandan İtaliyaya 6 milyard 453 milyon dollarlıq 8 milyon 629 min ton neft ixrac edib.
Bu ölkəyə satılan neftin hər tonunun qiyməti hesabat dövründə 638 dollar, ötən ilin müvafiq dövründə isə 748 dollar təşkil edib, illik müqayisədə 110 dollar, yəni 14,7% ucuzlaşama baş verib.
Qeyd edək ki, İtaliya "Xam neftin ən çox ixrac olunduğu ölkələr cədvəlində" bu ilin və ötən ilin 11 ayı üzrə siyahıda 1-ci yerdə durur.