Bu ilin I rübündə Azərbaycandan xarici ölkələrə 95.3 mln. ABŞ dolları həcmində qızıl ixrac edilib.
Neft Fondu: Qızıl satışı ilə portfel hədəf səviyyəyə qaytarılıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bildirir.
Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 862 milyon ABŞ dolları təşkil edib.
Həmin dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl ( 95.3 milyon ABŞ dolları) birinci olub. (Apa)













