2024-cü ilin ilk 10 ayı ərzində (yanvar-oktyabr) Azərbaycanın idxalında əsas ölkələr siyahısında Avstraliya 1 milyard 35 milyon 985 min dollar məbləğ ilə 4-cü yeri tutub. Bu dövrdə Azərbaycandan Avstraliyaya cəmi 114 min dollarlıq mallar ixrac edilib.
Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 2,5 dəfə azalıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq statistikasında bildirilir.
Halbuki, 2023-cü ilin 10 ayı ərzində Avstraliyanın adı Azərbayanın idxalında əsas ölkələr siyahısında yox idi. 2023-cü ilin 10 ayında Azərbaycanın Avstraliyadan idxalı cəmi 9 milyon 4 min dollar olmuşdu, Azərbaycandan Avstraliyaya ixrac isə 29 milyon 208 min dollar təşkil etmişdi. Tam 2023-cü il ərzində isə Azərbaycanın Avstraliyadan idxalının həcmi cəmi 11 milyon 688 min dollar məbləğində qeydə alınmışdr.
Bu il Azərbaycanın Avstraliyadan 115 dəfə çox məbləğə - 1 milyard 36 milyon dollara hansı malları aldığı açıqlanmayıb. (Marja)