2024-cü ilin ilk 10 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 39,4 milyard dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə xarici ticarət 4,1 milyard dollar və ya 9,5% azalıb.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, azalmanın səbəbi ölkədən ixracın aşağı düşməsidir.
Bu ilin 10 ayında ixracın həcmi cəmi 22,7 milyard dollar olub ki, bu da ötən ilin enyi dövrü ilə müqayisədə 6,6 milyard dollar və ya 22,5% aşağıdır.
Hesabat dövründə idxal isə təqribən 2,5 milyard dollar, başqa sözlə 17,4% artaraq 16,6 milyard dollara çatıb.
Nəticədə ilk 10 ayda xarici ticarətdə müsbət saldo ötənilki 15,1 milyard dollardan 2,5 dəfə, başq sözlə 9,1 milyard dollar azalaraq 6,1 milyard dollara düşüb.