2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 69 milyon 995,97 min dollar dəyərində 34 min 860,32 ton ət məhsulları idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 7 milyon 385,7 min dollar yəni 11,8%, miqdar ifadəsi ilə 1 054,23 ton ( 3,1%) artıb.
Keçən ilin müvafiq dövründə 62 milyon 610,27 min dollar məbləğində 33 min 806,09 ton ət idxal olunub.
1 ton ət məhsulunun idxal qiyməti bu il 2 008 dollar, keçən il isə 1 852 dollar təşkil edib. Qiymətlərdə 156 dollar və ya 8,4% ucuzlaşma qeydə alınıb.
Qeyd edək ki, hesabat dövründə idxal edilən ət məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 0.49%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə ət məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0.54%-nə bərabər olub.