2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xaricdən 3 milyon 27 min 820 dollar dəyərində 1 milyon 227 min 245 ədəd gün eynəkləri idxal edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, idxal göstəriciləri məbləğ ifadəsində 1 milyon 684 min 190 manat, yəni 2,3 dəfə, miqdar ifadəsi ilə 531 min 140 ədəd (76,3%) çoxdur.
Ötən ilin eyni dövründə ölkəyə 1 milyon 343 min 630 dollarlıq 696 min 105 ədəd gün eynəkləri gətirilib.
Bu da o deməkdir ki, 1 ədəd gün eynəyinin idxal qiyməti təxminən 2,47 dollar (4,19 manat), ötən ilin eyni dövründə 1,93 dollara (3,28 manat) başa gəlib. Gün eynəyinin idxal qiyməti son bir ildə 0,54 dollar (0,91 manat), başqa sözlə 27,8% artıb.