Dekabr ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracda 5 əsas ölkənin adı məlum olub.
FED.az bu barədə "İxrac İcmalı" jurnalının yanvar sayına istinadən xəbər verir.
Siyahıda birinci yerə Rusiya başçılıq edir. Bu ölkəyə ötən ay 110,3 milyon dollarlıq (+2,4%) məhsul ixrac olunub.
İxracda ikinci yerdə Türkiyə dayanıb ki, bu ölkəyə ötən ay 55,1 milyon dollarlıq məhsul (-0,5% ) ixrac edilib.
32,6 milyon dollarlıq ixracla (+69,8%) Gürcüstan 3-cü, 20,6 milyon dollarlıq ixracla (-11%) İsveçrə dördüncü 8,7 milyon dollarlıq ixracla ( +45%) Türkmənistan 5-ci yerdədir.
2023-cü ilin yanvar-dekabr ayları ərzində Rusiya Federasiyasına 1,1 milyard ABŞ dolları, Türkiyəyə 783,9 milyon ABŞ dolları, Gürcüstana 332,5 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 175,3 milyon ABŞ dolları, Qazaxıstana isə 95 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
İxrac gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Rusiya üzrə 18,5%, Türkiyə üzrə 9,9%, Gürcüstan üzrə 45,6% artıb, Qazaxıstan üzrə 7,5%, İsveçrə üzrə 10,3% azalıb.