2023-cü ilin yanvar-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (402,5 milyon ABŞ dolları) birinci olub.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın yanvar sayına istinadən xəbər verir.
Bu siyahıda qızıl (162,8 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (162 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Bundan başqa xarici ölkələrə 122,7 milyon dollarlıq xurma, 122,4 milyon dollarlıq pambıq mahlıcı və 119,6 milyon dollarlıq meşə fındığı ixrac olunub.
2023-cü ilin dekabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (35,8 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (23,2 milyon ABŞ dolları) ikinci və pomidor (tomat) (21,3 milyon ABŞ dolları) üçüncü olub.