Ötən il Azərbaycan xarici ölkələrlə (180 ölkə) 47,6 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Xarici ticarət dövriyyəsinin 26,5 milyard ABŞ dolları ixracın, 2,6 milyard ABŞ dolları isə idxalın payına düşüb.
Belə ki, 2024-cü il ərzində Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin həcmi 11,4 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə İtaliya ilə ticarət əməliyyatları ölkənin ümumi ticarətində 23,92% paya sahib olub.
İtaliyadan sonra ikinci pillədə 6,1 milyard dollarla Türkiyə qərarlaşıb. Türkiyənin ümumi ticarətdəki payı 12,88% olub.
Üçüncü pillədə isə təxminən 4,8 milyard dollarlıq göstərici ilə Rusiaya qərarlaşıb. Rusiyanın ümumi payı isə 10,88% təşkil edib.
Hesabat dövründə ən az əməliyyat 680,3 milyon dollar olmaqla Böyük Britaniyanın payına düşüb. Ölkənin ümumi dövriyyədəki payı 1,43%-ə bərabər olub.
Ötən il Azərbaycan xarici ölkələrlə 26,6 milyard ABŞ dolları dəyərində ixrac əməliyyatı aparıb.
2024-cü il ərzində Azərbaycanla İtaliya arasında ixrac dövriyyəsinin həcmi 10,9 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə İtaliya ilə ixrac əməliyyatları ölkənin ümumi ixracında 40,95% paya sahib olub.
İtaliyadan sonra ikinci pillədə 3,8 milyard dollarla Türkiyə qərarlaşıb. Türkiyənin ümumi ixracdakı payı 14,38% olub.
Üçüncü pillədə isə təxminən 1,2 milyard dollarlıq göstərici ilə Rusiaya qərarlaşıb. Rusiyanın ümumi ixracda payı isə 4,33% təşkil edib.
Hesabat dövründə ən az əməliyyat 279,7 milyon dollar olmaqla Tunisin payına düşüb. Ölkənin ümumi ixracdakı payı 1,05%-ə bərabər olub.
Ötən il Azərbaycan xarici ölkələrlə 26,6 milyard ABŞ dolları dəyərində idxal əməliyyatı aparıb.
2024-cü il ərzində Azərbaycanla Çin arasında idxal dövriyyəsinin həcmi 3,7 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə Çin ilə idxal əməliyyatları ölkənin ümumi ixracında 17,69% paya sahib olub.
İtaliyadan sonra ikinci pillədə 3,6 milyard dollarla Rusiya qərarlaşıb. Türkiyənin ümumi idxaldakı payı 17,20% olub.
Üçüncü pillədə isə təxminən 2,3 milyard dollarlıq göstərici ilə Türkiyə qərarlaşıb. Türkiənin ümumi idxalda payı isə 10,97% təşkil edib.
Hesabat dövründə ən az əməliyyat 272,6 milyon dollar olmaqla Böyük Britaniyanın payına düşüb. Ölkənin ümumi idxaldakı payı 1,29%-ə bərabər olub.