Bu ilin 11 ayı ərzində Azərbaycan xarici ölkələrlə ümumilikdə 15,8 milyard dollarlıq idxal əməliyyatları aparılıb.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
Ən çox idxal əməliyyatı Rusiya ilə aparılıb - təqribən 2,9 milyard dollar həcmində. Bu ümumi idxalın 18,14%-ni təşkil edib.
Rusiyadan sonra 2,7 milyard dollarla Çin, daha sonra 2,1 milyard dollarla Türkiyə gəlir. Bu ölkələrlə olan idxalın həcmi ümumi idxalın müvafiq olaraq 17,43%-ni və 13,23%-ni təşkil edib.
Növbəti yerləri isə 842,7 milyon dollarla Almaniya, 824,3 milyon dollarla ABŞ tutur.
Siyahıda adı olmayan digər ölkələrlə isə ümumilikdə 2,7 milyard dollardan çox idxal əməliyyatı aparılıb ki, bu da ümumi idxalın 17,36%-ni təşkil edib.
|
Ölkələrin adı |
Min ABŞ dolları |
Ümumi idxala nisbətən %-lə |
|
Cəmi |
15 812 680.84 |
100.00 |
|
o cümlədən: |
|
|
1 |
Rusiya |
2 868 424.46 |
18.14 |
2 |
Çin |
2 756 226.72 |
17.43 |
3 |
Türkiyə |
2 092 103.10 |
13.23 |
4 |
Almaniya |
842 719.46 |
5.33 |
5 |
Amerika Birləşmiş Ştatları |
824 238.71 |
5.21 |
6 |
Türkmənistan |
661 633.60 |
4.18 |
7 |
İran İslam Respublikası |
423 943.95 |
2.68 |
8 |
İtaliya |
419 842.34 |
2.66 |
9 |
Yaponiya |
399 594.57 |
2.53 |
10 |
Koreya Respublikası |
394 767.23 |
2.50 |
11 |
Fransa |
382 239.76 |
2.42 |
12 |
Böyük Britaniya |
311 730.32 |
1.97 |
13 |
Belarus |
272 496.31 |
1.72 |
14 |
Ukrayna |
210 467.61 |
1.33 |
15 |
Qazaxıstan |
207 764.94 |
1.31 |
16 |
Digər ölkələr |
2 744 487.77 |
17.36 |