Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 31,5 milyard dollarlıq ixrac əməliyyatları aparıb.
FED.az Dövlət Gömrək Komitəsinin hesabatına istinadən xəbər verir ki, siyahıda ilk yeri İtaliya tutub. Bu ölkə ilə təqribən 14,2 milyard dollarlıq ixrac həyata keçirilib. Bu da ümumi ixracın 45%-ni təşkil edib.
İkinci yerdə Türkiyə qərarlaşıb. Türkiyəyə 11 ayda 5,1 milyard dollardan çox məhsul ixrac edilib. Bu da ümumi ixracın 16,20%-ni təşkil edib.
1,4 milyard dollarlıq ixrac əməliyyatları ilə İsrail üçüncü yerdə qərarlaşıb.
Bundan başqa Yunanıstanla 1,3 milyard dollarlıq, Rusiya ilə 1,1 milyard dollarlıq mal ixrac olunub.
Siyahıda olmayan digər ölkələrə isə 2,3 milyard dollarlıq məhsul ixrac edilib ki, bu da ümumi ixracın 7,42%-ni təşkil edib.
Daha ətarflı aşağıdakı cədvəldə tanış olmaq olar.
|
Ölkələrin adı |
Min ABŞ dolları |
Ümumi ixraca nisbətən %-lə |
|
Cəmi |
31 512 988.98 |
100.00 |
|
o cümlədən: |
|
|
1 |
İtaliya |
14 179 929.96 |
45.00 |
2 |
Türkiyə |
5 105 313.68 |
16.20 |
3 |
İsrail |
1 386 501.19 |
4.40 |
4 |
Yunanıstan |
1 267 795.71 |
4.02 |
5 |
Rusiya |
1 083 642.63 |
3.44 |
6 |
Hindistan |
924 535.76 |
2.93 |
7 |
Almaniya |
791 089.41 |
2.51 |
8 |
İspaniya |
715 205.97 |
2.27 |
9 |
Gürcüstan |
696 143.12 |
2.21 |
10 |
Çexiya |
684 026.00 |
2.17 |
11 |
Rumıniya |
561 748.78 |
1.78 |
12 |
Xorvatiya |
535 017.20 |
1.70 |
13 |
Böyük Britaniya |
446 556.51 |
1.42 |
14 |
Bolqarıstan |
428 875.45 |
1.36 |
15 |
İrlandiya |
369 729.42 |
1.17 |
16 |
Digər ölkələr |
2 336 878.19 |
7.42 |