Yanvar-noyabr aylarında 111 milyon 528 min dollar dəyərində 21 min 383 ton meşə fındığı ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 10 milyon 43 min dollar (14,4%), miqdar ifadəsi ilə 2 391 ton (12,6%) artıb.
Keçən ilin yanvar-noyabr aylarında xaricə 97 milyon 485 min ABŞ dolları dəyərində 18 min 991 ton meşə fındığı ixrac edilmişdi.
Beləliklə bir ton meşə fındığının ixrac qiyməti bu il 5 216 dollar, ötən ilin müvafiq dövründə 5 133 dollar təşkil edib. Bu göstərici son bir ildə 83 dollar, başqa sözlə 1,6% bahalaşıb.
Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında meşə fındığının ümumi ixracda xüsusi çəkisi 0.35%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 3,68%-ə bərabər olub.
Keçən ilin yanvar-noyabr aylarında meşə fındığının ümumi ixracda xüsusi çəkisi 0.27%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 3,63%-ə bərabər olub.