2023-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 14 milyon 727 min dollar dəyərində 20 min 248 ton xurma ixrac olunub.
FED.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycandan 29 milyon 669 min dollar dəyərində 39 min 076 ton xurma ixrac olunmuşdu. Beləliklə, xurma ixracı dəyər ifadəsilə 2 dəfə (50,4%), miqdar ifadəsilə 1,9 dəfə (48,2) azalıb.
Bir ton xurmanın orta ixrac qiyməti 2022-ci ilin 4 ayında 759 dollar ikən, 2023-cü ilin 4 ayında 759 dollar olub.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.