Bu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 milyard 527,581 milyon manat təşkil edib.
Təcili: Dubaydan Bakıya əşya və mal gətirənlər limiti keçdilər - GÖMRÜK ÖDƏMƏLİ OLACAQLAR - VİDEO
FED.az DGK-ya istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 22,5 % çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 21,5 % artaraq 625,175 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə - 22,4 % artaraq 1 milyard 802,573 milyon manat, aksizlər üzrə - 48,8 % artaraq 79,541 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 13 % azalaraq 20,291 milyon manat olub. (Report)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.